​Belçikada matəm günlərindən sonra Novruz şənliyi təşkil olunub

​Belçikada matəm günlərindən sonra Novruz şənliyi təşkil olunub Tədbirdə Azərbaycan musiqi nümunələri ifa olunub və bayram süfrəsi açılıb
Diaspor
28 Mart , 2016 04:38
​Belçikada matəm günlərindən sonra Novruz şənliyi təşkil olunub

Bakı. 28 mart. REPORT.AZ/ Martın 26-da Belçikanın Ham şəhərində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti və yerli bələdiyyə tərəfindən birgə Novruz şənliyi təşkil olunub. Tədbirdə Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, Brüsseldə baş vermiş terror aktları ilə əlaqədar elan edilmiş matəm günlərindən sonra Belçikada təşkil edilmiş ilk kütləvi şənlik təbirlərindən biri olan və 200-dən artıq şəhər sakininin iştirak etdiyi tədbir zamanı Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və Ham şəhərinin meri Dirk De Vis çıxış edərək bu qədim bayramın önəmindən bəhs edib, onun Avropa şəhərlərində qeyd edilməsinin Azərbaycanın və bütün türk dünyasının min illər boyu sahib olduğu milli-mədəni irsin qitə səviyyəsində tanınmasına imkan yaratdığını qeyd ediblər.

Daha sonra çıxış edən səfirliyin muşaviri Zaur Əhmədov iştirakçıları təbrik edib, bu tədbirin Belçikada baş vermiş məlum hadisələrdən sonra, Azərbaycanın belçikalı dostlarına bahar nikbinliyi gətirməyə xidmət etdiyini diqətə çatdırıb, 2009-cu ildən etibarən UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentetiv Siyahısına daxil edilmiş Novruzun həmrəylik aşılayaraq bugünkü dünyada ciddi ehtiyac duyulan xalqlararası dostluq və anlaşmaya töhfə verdiyini vurğulayıb.

Bunun ardınca Novruz haqqında film nümayiş etdirilib və bayram adət-anənələri haqqında iştirakçılara məlumat verilib.

Tədbirin sonunda Azərbaycan musiqi nümunələri ifa olunub və bayram süfrəsi açılıb.

Tədbir yerli mətbuatda işıqlandırılıb.

Son xəbərlər

Orphus sistemi