Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək

Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.
Diaspor
13 İyun , 2019 04:32
Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək

Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradov Riqada Latviya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Rihards Kols ilə görüşündə deyib.

O, qeyd edib ki, Baltikyanı ölkələrdə 5 min azərbaycanlı yaşayır və onların 2 mini Latviyada məskunlaşıb. Bölgədə ən böyük azərbaycanlı icmasının Latviyada fəaliyyət göstərdiyinə diqqəti çəkən sədr deyib ki Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.

Danışıqlar zamanı Qarabağ məsələsinə də toxunulub. Komitə sədri Latviya hökumətinin və parlamentinin Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi ədalətli mövqeyə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi