Yuxarı

Bakı sakinləri Ukrayna səfirliyinin qarşısına çiçək dəstələri qoyub

Səfirliyin qarşısında Ukraynaya dəstək nümayiş olunub, dinc sakinlərin ölümü ilə bağlı başsağlığı verilib və şamlar yandırılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı sakinləri Volnovaxo yaxınlığında avtobusun atəşə tutulması nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq Ukrayna səfirliyinin qarşısına gül-çiçək dəstələri gətirib. "Report" xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında Ukraynaya dəstək nümayiş olunub, dinc sakinlərin ölümü ilə bağlı başsağlığı  verilib və  şamlar yandırılıb.

Xatırladaq ki, yanvarın 13-də Mariupol-Donetsk magistral yolunda Volnovaxa şəhərinin yaxınlığında sərnişin avtobusu atəşə məruz qalıb, nəticədə 12 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.

Yanvarın 15-də Ukraynada milli matəm günü elan olunub. Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi