Yuxarı
    Bağlamaq

    Babenko: "Azərbaycanlılar Moldovanın dünya ictimaiyyətinə inteqrasiyasında fəaldırlar"

    Bakı. 29 mart. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Moldovada bir sıra görüşlərdə iştirak edir.

    Bu çərçivədə AAK prezidenti Sahil Qasımov və AAK İdarə heyətinin üzvü, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov Kişinyovda Moldova Millətlərarası münasibətlər üzrə Büronun rəhbəri Oleq Babenko ilə görüşüb. 

    AAK-dan "Report"a verilən məlumata görə görüşdə ölkədəki millətlərarası münasibətlər müzakirə olunub.

    O. Babenko Moldovada yaşayan azərbaycanlıların fəaliyyəti, etnik siyasətdə rolu barədə məlumat verib. O bildirib ki, azərbaycanlılar yüksək fəaliyyətləri ilə Moldova xalqının ayrılmaz bir hissəsinə çevrilib:

    "Ölkədəki azərbaycanlılar hətta Moldovanın dünya ictimaiyyətinə inteqrasiyası olunmasında fəal rol oynayırlar". S. Qasımov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun O. Babenkoya salamlarını çatdıraraq ona AAK-ın fəaliyyəti barədə ətraflı məlumat verib. AAK İdarə Heyətinin üzvü, MAK sədri Vüqar Novruzovun ölkənin ictimai-iqtisadi həyatında fəaliyyəti dəyərləndirilib. 

    Sonda O. Babenko azərbaycanlılara Büronun binasında Holokost və millətlərarası tolerantlıq muzeyini nümayiş etdirib, II Dünya Müharibəsində kütləvi qırılan yəhudilər və romlar barədə məlumat verib. S. Qasımov muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Görüşdə Moldova-Azərbaycan münasibətləri yüksək qiymətləndirilib, bu istiqamətdə yüksək xidməti olan prezident İlham Əliyevə 11 aprel növbəti prezident seçkilərində uğurlar arzu edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi