Yuxarı
    Bağlamaq

    Azərbaycanlılar Ukraynada yeni formatda və yeni strategiya ilə təşkilatlanıb

    Ukraynada yaşayan azərbaycanlıların ümumölkə seçki konfransı keçirilib

    Bakı. 30 may. REPORT.AZ/ Kiyevdə Ukraynada yaşayan azərbaycanlıların ümumölkə seçki konfransı keçirilib, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi qeyd olunub.

    Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) tərəfindən baş tutan konfransa ölkənin 20-dən çox vilayətinin azərbaycanlılar konqresinin nümayəndələri qatılıblar. Konfransda Konqresin ötən müddətdə fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. Hesabatda ötən dövr ərzində BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyevin fəaliyyəti qiymətləndirilib. Onun Azərbaycan adına istər Ukrayna, istərsə də Avropanın ictimai siyasi həyatında fəallığı, ölkədə millətlərarası münasibətlərdə gördüyü işlər, mütəmadi olaraq mətbuatla təması, humanitar aksiyalarda daimi iştirakı, Azərbaycan-Ukrayna əlaqələrində ciddi sərmayə qoyuluşunda təşkilatçılığı, gənclər arasında təşkilatlanmaya verdiyi töhfələr, azərbaycançılıq ideologiyasını daim rəhbər tutması yüksək qiymətləndirilib. Vilayətlər üzrə yerli konqres rəhbərləri tərəfindən onun növbəti müddətə BUAK sədrliyinə namizədliyi irəli sürülüb və qəbul olunub.

    Bundan başqa Qüdrət Hacıyev BUAK-a 1-ci müavin, Qurban Abbasov, Mətləb Nəcəfov, Seyidəli Qədiməliyev və Namiq Talıbov isə müavin seçiliblər. BUAK Ali Məclisinə Akif Gülmmədov yenidən sədr, Əbülfəz Qasımov onun 1-ci müavini, Mehriban Salmanova və Allahverdi Allahverdiyev isə müavinlər seçilib.

    Daha sonra BUAK-ın Şimal-Şərqi Ukrayna, Qərbi Ukrayna, Mərkəzi Ukrayna və Cənubi Ukrayna üzrə mərkəzləri yaradılıb. R.Tağıyevin müavinləri müvafiq olaraq mərkəzlərə təhkim ediliblər.

    Qurultayda yeni müddətə strategiyada hazırlanıb, Ukraynanın ictimai-siyasi həyatında azərbaycanlıların daha da fəal işləməsi planları danışılıb. Ümumilikdə, bildirilib ki, BUAK yalnız Ukraynada deyil, Avropa üzrə digər millətlərə məxsus diaspor təşkilatları arasında ilk yerlərdən birini tutur.

    Sonda “Azərbaycan Xalq Cümhuriyyəti -100” mərasimi keçirilib. Mərasimə Ukraynada tanınmış Azərbaycan diaspor rəhbəri, əməkdar idman ustası Oleq Krapivin, Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Ukrayna Ali Radası, Nazirlər Kabineti və Prezident Administrasiyasının nümayəndələri, ölkədə yaşayan digər etnik millətlərin nümayəndələri qatılıblar. Deputatlar Georgi Meparişvili, Sergey Taruta, Nataliya Veselova, Yevgeniy Rıpçinskiy, Oleq Barna, Sergey Melniçuk, Andrey Lozovoy, Refat Çubarov və digər dövlət rəsmiləri Azərbaycanı təbrik ediblər. Tədbir bədii hissə ilə davam edib, Ukraynanın xalq artisti Qurban Abbasovun ifaları dinlənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi