Yuxarı

Azərbaycanlı Ukraynada Sosialistlər Partiyasının nəzdində Millətlər Şurasına rəhbərlik edəcək

Bu, ictimai orqan olacaq və onun üzvləri partiyalara Ukraynanın milli icmalarının məsələləri ilə məşğul olmağa kömək edəcək

Kiyev. 6 sentyabr. REPORT.AZ/ Kiyevdə Ukrayna milli azlıqların müdafiəsi və inkişafı məsələləri üzrə "dəyirmi masa" keçirilib. 

"Report" xəbər verir ki, tədbir Ukrayna Millətlər Assambleyası və Ukrayna Milli İcmalar Şurasının dəstəyi ilə Sosialistlər Partiyasının təşəbbüsü ilə baş tutub. "Dəyirmi masa"nın yekununda partiyanın nəzdində məsləhət-məşvərət orqanı qismində Millətlər Şurası yaradılıb. Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin prezidenti Rövşən Tağıyev şuranın sədri seçilib. 

Sosiaslistlər Partiyasının rəhbəri, Ukraynanın sabiq xarici işlər naziri Leonid Kojara "Report"a siyasi partiya nəzdində məsləhət-məşvərət orqanının yaradılmasını şərh edib: "Bu, ictimai orqan olacaq və onun üzvləri partiyalara Ukraynanın milli icmalarının məsələləri ilə məşğul olmağa kömək edəcək. Bu gün Ukraynada 130-dan çox millətin nümayəndəsi yaşayır və demək olar, etnomilli siyasət yoxdur. Biz azlıqların müdafiəsinin dövlət-institusional mexanizmləri və etnomilli siyasətin deqradasiyasını müşahidə edirik".

Leonid Kojara deyib ki, Ukraynada müstəqilliyin ilk illərində Millətlərin İşi üzrə Nazirlik olub, lakin hazırda bu ləğv olunub və bu məsələlərlə ölkədə Mədəniyyət Nazirliyinin bir neçə məmuru məşğul olur. 

"Ukrayna cəmiyyəti və hökumət orqanları ölkənin sülh, əmin-amanlıq və ədalət prinsiplərində dirçəlməsi üçün milli azlıqların səsinə qulaq asmalıdır", - L.Kojara vurğulayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi