Yuxarı
    Bağlamaq

    Azərbaycanlı sahibkarlar Bosniya və Hersoqovinaya investisiya qoymağa dəvət olunub

    ​Bosniya və Herseqovinanın dövlət başçısı Azərbaycanın komitə sədrini qəbul edib

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada keçirilən konfrans çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib. Bu barədə "Report"a DİDK-nin mətbuat xidmətindən məlumat verilib.

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri M.İvaniç bildirib ki, ölkələr arasında qarşılıqlı münasibətlər hər iki tərəfi qane edir və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var. O, həmçinin qeyd edib ki, ölkəsi hər zaman Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. 

    M.İvaniç Bosniya və Herseqovina Parlamentinin Ermənistanın Azərbaycana təcavüzünü, Xocalı soyqırımını tanıyan sənəd qəbul etdiyini və ölkəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb. O, həmçinin azərbaycanlı sahibkaları Bosniya və Hersoqovinaya investisiya qoymağa çağırıb.

    DİDK-nin sədri Nazim İbrahimov isə öz növbəsində Bosniya və Hersoqovinanın dövlət başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirə qatıldığına görə təşəkkür edib. 

    N.İbrahimov Prezident İlham Əliyevin Mərkəzin fəaliyyətinə və onun təşkilatçılığı ilə həyata keçirilən layihələrə, forumlara xüsusi önəm verdiyini vurğulayıb. Komitə sədri məhz Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə nəinki regionun, eləcə də dünyanın nüfuzlu beyin mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. N.İbrahimov M.İvaniçi Azərbaycan hökuməti adından gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumuna dəvət edib.

    Görüşdə hər iki ölkənin müstəqillik qazandığı ilk dövrdən etibarən oxşar tale yaşadığı qeyd edilib. Müharibələrin yaratdığı problemlərə baxmayaraq, dini və etnik tolerantlığın hər iki ölkədə önəmli məsələ olduğu vurğulanıb. Birmənalı şəkildə və qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bosniya və Hersoqovina ilə Azərbaycan arasında əlaqələrin inkişafının, birgə layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi