Yuxarı

Azərbaycanlı Qazaxıstanın Ukraynadakı fəxri konsulu təyin edildi - FOTO

​Azərbaycanlı Qazaxıstanın Ukraynadakı fəxri konsulu təyin edildi

472

Milliyyətcə azərbaycanlı olan Nəcəfli Emin Musa oğlu Qazaxıstan Respublikasının Ukraynanın Xarkov, Poltava və Sumsk əyalətləri üzrə fəxri konsulu təyin edilib.

“Report” xəbər verir ki, Emin Nəjəfli Azərbaycanda anadan olub, amma Ukrayna vətəndaşıdır.

Xarkovda konsulluğun açılışı münasibəti ilə keçirilən mərasimə Emin Nəcəfli, Qazaxıstan Respublikasının Ukraynadakı səfiri Samat Ordabayev, Xarkov Vilayət Şurasının sədri Sergey Çernov və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış ediblər.

"Şadam ki, Xarkovda səfiri konsulluq açıldı və Ukraynanın şərq regionunda fəxri konsul hörmətə layiq Qazaxıstan Respublikasının hörmətli səfiri Emin Nəcəfli təyin edilib", - Samat Ordabayev qeyd edib.

"Bu gün 14-cü konsulluq açıldı, hansı ki, Xarkov ərazisində fəaliyyət göstərəcək. Ukrayna və Qazaxıstanın inkişaf etməsi, dünya iqtisadiyyatında öz yerlərini axtarması, dost əlaqələrinə malik olmağa çalışması çox əhəmiyyətlidir. Ukraynalıların Qazaxıstanda böyük diasporu var və sayca Ukraynada yaşayan qazaxlardan az deyil", - deyə Xarkov Vilayət Şurasının sədri Sergey Çernov bildirib.

"Mən bu gün qürurluyam, çünki sevimli ölkələrimdən biri Qazaxıstanı mənim yaxın dostum Emin Nəcəfli təmsil edəcək. Bu gün Eminin üçüncü vətəni var, hansına ki, o məsuliyyət və şərəf borcu daşıyır, axı bü gün Qazaxıstan xəritədə yalnız ad deyil, bu indi onun məsuliyyət zonasıdır, böyük ölkənin etibar borcudur. Bu ölkənin imicini və adını müdafiə etmək şərəfi ona qismət oldu", - deyə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Qazaxıstanın Ukraynadakı fəxri konsulu Emin Nəcəfli qeyd edib ki, Ukrayna – Qazaxıstan əlaqələrinin inkişafı üçün səylərini maksimum ortaya qoyacaq.

"Tam dərk edirəm ki, fəxri konsul kimi təyinatım çox şey tələb edir. Fəxri konsul olmaq - bu, hər şeydən əvvəl, Qazaxıstan xalqı qarşısında olduğu kimi, həm də Ukrayna xalqı qarşısında da məsuliyyətdir. Yeni fəaliyyətimlə insanlara mümkün qədər çox fayda gətirmək istəyirəm", - deyə o bildirib.

Qeyd edək ki, Emin Nəcəfli 1977-ci il mayın 7-də Ağcabədi şəhərində anadan olub. 1983-cü ildən 1992-ci ilə qədər Ağcabədi şəhər 9 saylı orta məktəbdə oxuyub. 1992-1996-cı illərdə Antalya şəhərindəki Peşə Liseyində mehmanxana və turizm biznesi fakultəsində oxuyub. O, 2010-cu ildən 2012-ci ilədək Ukraynada hüquqşünas təhsili alıb və bir sıra vəzifələrdə çalışıb.

Ailəlidir, 3 övladı var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi