Azərbaycanlı namizəd Latviya Seyminə keçiriləcək seçkilərdə iştirak edəcək

Azərbaycanlı namizəd Latviya Seyminə keçiriləcək seçkilərdə iştirak edəcək Bakı. 16 avqust. REPORT.AZ/ Əslən Gürcüstanın Borçalı mahalından olan Asif İbrahimov Latviya Seyminə (parlament) keçiriləcək növbəti seçkilərdə iştirak edəcək.
Diaspor
16 Avqust , 2018 11:12
Azərbaycanlı namizəd Latviya Seyminə keçiriləcək seçkilərdə iştirak edəcək

Bakı. 16 avqust. REPORT.AZ/ Əslən Gürcüstanın Borçalı mahalından olan Asif İbrahimov Latviya Seyminə (parlament) keçiriləcək növbəti seçkilərdə iştirak edəcək.

"Report"un əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü A.İbrahimovun deputatlığa namizədliyi qeydə alınıb.

1996-cı ildən Latviyada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.İbrahimovun namizədliyini ölkənin populyar Sosial Demokrat Partiyası (SDP) irəli sürüb. SDP sonuncu parlament seçkilərində qalib gəlib. 

Qeyd edək ki, bu ilin oktyabrın 6-da Seymə növbəti seçkilər keçiriləcək. Latviya parlament üsul-idarəli respublikadır.

Son xəbərlər

Orphus sistemi