​Azərbaycanlı gənclər Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edib

​Azərbaycanlı gənclər Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edib “Biz məktubda qeyd etmişik ki, qanunsuz saxlanılan azərbaycanlılar azad olunmalıdır”
Diaspor
26 Fevral , 2015 13:12
​Azərbaycanlı gənclər Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edib

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moksva şəhərində bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim edib. “Report” Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfirlik əməkdaşları əvvəlcə məktubu qəbul etmək istəməsələr də, gənclərin təkidindən sonra müraciəti qəbul etməyə məcbur olublar.

Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisində girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılması, Ermənistan dövlətinin Azərbaycana qarşı təxribatlardan əl çəkməsi və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması tələb edilir. Məktubda bir sıra dövlətlərin və beynəlxalq təşkilatların azərbaycanlı girovların azadlığa buraxılması ilə bağlı fikirləri, tələbləri qeyd olunub.

Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu sədri Şamil Nağıyev bildirib ki, məqsəd azərbaycanlıların etirazını çatdırmaqdır: “Biz məktubda qeyd etmişik ki, qanunsuz saxlanılan azərbaycanlılar azad olunmalıdır və bunu nəinki azərbaycanlılar dünya gəncliyi tələb edir”.

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev isə bu məktubla Ermənistan dövlətini artıq qanunlara əməl etməyə, özbaşınalığa son qoymağa çağırış etmək istədiklərini deyib.

Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında “Xocalıya ədalət!” şüarları ilə də öz etirazlarını bildirib.

Son xəbərlər

Orphus sistemi