Azərbaycanlı Başqırdıstan baş nazirinin müavini təyin olunub

Azərbaycanlı Başqırdıstan baş nazirinin müavini təyin olunub Fərhad Səmədov əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan SSR-nin Sənaye Tikinti Nazirliyi 7 nömrəli trestində başlayıb
Diaspor
24 Yanvar , 2017 14:42
Azərbaycanlı Başqırdıstan baş nazirinin müavini təyin olunub

Bakı. 24 yanvar. REPORT.AZ/ Başqırdıstan Respublikasının başçısı Rüstəm Xamitov azərbaycanlı Fərhad Səmədovu respublikanın baş nazirinin müavini vəzifəsinə təyin edib.

Bu barədə "Report" "Başinform"a istinadən xəbər verir.

Qeyd edək ki, Fərhad Səmədov 23 aprel 1959-cu ildə Gürcüstan SSR-nin Qardabani şəhərində anadan olub. O, V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib.

F.Səmədov əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan SSR-nin Sənaye Tikinti Nazirliyi 7 nömrəli trestində başlayıb. O, trestdə mühəndis və baş mühəndis kimi çalışıb.

Həmyerlimiz 2016-cı ildə Başqırdıstan "Birləşmiş Neft-Kimya Şirkəti" ASC-nin prezidenti olub.

Son xəbərlər

Orphus sistemi