Yuxarı
    Bağlamaq

    Azərbaycanın tanınmış jurnalisti Moskvada vəfat edib

    Oleq Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib

    Moskva. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış jurnalisti Oleq Məmmədov uzun sürən xəstəlikdən sonra 69 yaşında Moskvada vəfat edib.

    "Report"un Rusiya bürosunun məlumatına görə, o, ötən əsrin 80-ci illərində məşhur sovet nəşri olan "Sobesednik" qəzetinin yaradıcısı və rəhbəridir.

    O.Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib.

    Jurnalistlə vida mərasimi yanvarın 21-də Moskvanın Perepeçinskaya qəbiristanlığında keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi