Azərbaycanın Gürcüstandakı səfirliyi ənənəvi “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında iştirak edir

Azərbaycanın Gürcüstandakı səfirliyi ənənəvi “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında iştirak edir Yarmarkaya gələnlər Azərbaycan çayını, mürəbbə və suvenirlərini həvəslə alırlar
Diaspor
3 Dekabr , 2016 12:17
Azərbaycanın Gürcüstandakı səfirliyi ənənəvi “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında iştirak edir

Tbilisi. 3 dekabr. REPORT.AZ/ Dekabrın 3-də Tbilisi şəhərində Beynəlxalq Qadınlar Asossiasiyasının təşkilatçılığı ilə ənənəvi “Qış sərgisi” adlı xeyriyyə yarmarkası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yarmarkada Azərbaycanın Gürcüstandakı səfirliyi iştirak edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva "Report"a müsahibəsində deyib ki, yarmarkada Azərbaycan xalçaları, müxtəlif milli suvenirlər, jurnallar və yerli şirkətlərimizin istehsalı olan məhsullar, habelə milli mətbəximizin ləziz təamları nümayiş etdirilir.

Yarmarkaya gələnlər Azərbaycan çayını, mürəbbə və suvenirlərini həvəslə alırlar.

Ziyarətçilər paxlavanın, şəkərburanın, müxtəlif kababların, dolmanın və plovun dadına baxıblar.

S.Ağayevanın sözlərinə görə, yarmarkada satılan mallardan əldə olunan vəsait xeyriyyə məqsədləri üçün istifadə olunur. Bu dəfə yığılacaq vəsait kimsəsiz uşaqlar evinə veriləcəkdir.

Yarmarkada Tbilisidə akkreditə olunmuş 20-dən çox diplomatik nümayəndəlik, yerli və xarici şirkətlər də iştirak edir.

Yarmarka həm də, iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyət və mətbəxinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.

Gün ərzində yarmarkaya gələnlər Azərbaycan guşəsinə böyük maraq göstəriblər

Son xəbərlər

Orphus sistemi