Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək

Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək Layihə səsverməyə qoyularaq qəbul olunub
Diaspor
29 Noyabr , 2016 13:50
Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəyəcək.

"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanununda dəyişiklik layihəsində əksini tapıb.

Layihə səsverməyə qoyularaq qəbul olunub.

İndiyədək Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlı dövlət rüsumu ödəmirdi.

Son xəbərlər

Orphus sistemi