Azərbaycan və Ukraynanın məşhur şəxsləri haqqında ensiklopediya buraxılacaq

Azərbaycan və Ukraynanın məşhur şəxsləri haqqında ensiklopediya buraxılacaq Kitaba 8 min 500-dən çox şəxsin bioqrafiyası daxil ediləcək
Diaspor
11 Yanvar , 2017 03:03
Azərbaycan və Ukraynanın məşhur şəxsləri haqqında ensiklopediya buraxılacaq

Kiyev. 11 yanvar. REPORT.AZ/ Ukrayna və Azərbaycan arasında möhkəm dostluq münasibətlərinin təzahürü olaraq məşhur azərbaycanlı və ukraynalılar haqqında ensiklopediya hazırlanacaq. Layihənin təşəbbüskarı və həyata keçirəni "Azərbaycan-Ukrayna" beynəlxalq alyansıdır.

Bu barədə "Report"a alyansın rəhbəri Elmar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bioqrafik ensiklopediya "Ukrayna və Azərbaycanın məşhur şəxsləri" adlanacaq. E.Məmmədov bildirib ki, nəşr üzərində hər iki ölkənin respublika və yerli hakimiyyət orqanlarının nümayəndələri, həmçinin nüfuzlu ictimai, elmi və peşəkar təşkilatların nümayəndələri işləyəcəklər.

E.Məmmədov qeyd edib ki, ensiklopediyaya hər iki ölkənin siyasi, həmçinin inzibati, işgüzar, elmi və mədəni elitasının 8 min 500-dən çox şəxsinin bioqrafiyasının daxil edilməsi planlaşdırılır.

Nəşrin 1200 səhifədən ibarət olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi