"Azərbaycan" təşkilatı bu il Yekaterinburqda məscid tikintisinə başlayacaq

"Azərbaycan" təşkilatı bu il Yekaterinburqda məscid tikintisinə başlayacaq İnşaat işlərinin 1,5-2 ilə tamamlanması planlaşdırılır
Diaspor
15 Fevral , 2017 15:43
Azərbaycan təşkilatı bu il Yekaterinburqda məscid tikintisinə başlayacaq

Bakı. 15 fevral. REPORT.AZ/ Yekaterinburqda "Azərbaycan" ictimai təşkilatı tərəfindən maliyyələşdirilən və müsəlman qəbiristanlığının yaxınlığında yerləşəcək məscidin tikintisinə bu il başlanılacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın sədri Şahin Şıxlinski bildirib.

Onun sözlərinə görə, tikinti işlərinə başlanılması üçün Sverdlovsk vilayətinin Tikinti Nazirliyindən icazə almaq qalır. Sədr inşaat işlərinin 1,5-2 ilə tamamlanmasının planlaşdırıldığını deyib.

Qeyd edək ki, daha əvvəl Sverdlovsk vilayətinin Arbitraj Məhkəməsi "Azərbaycan" regional ictimai təşkilatının Sverdlovsk vilayətinin Dövlət Əmlakının İdarəedilməsi Nazirliyinə (SVDƏİN) qarşı Yekaterinburqda Repin küçəsindəki torpaq sahəsinin qaytarılması ilə bağlı qaldırdığı iddianı təmin edib. Bundan öncə isə SVDƏİN borc səbəbindən icarə müqaviləsini ləğv edib.

Xatırladaq ki, 2011-ci ildə "Azərbaycan" təşkilatına böyük məscid tikintisi üçün 2008 kvadratmetr sahəsi olan torpaq sahəsi ayrılıb. Məscidin ənənəvi qaydalarla, minarə ilə tikilməsi planlaşdırılır. Onun sahəsi 1,4 min kvadratmetr təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi