Azərbaycan nümayəndələri Makedoniyada Gənc Liderlər Məktəbinin açılışına qatılıb

Azərbaycan nümayəndələri Makedoniyada Gənc Liderlər Məktəbinin açılışına qatılıb Onlar həmçinin Makedoniya Prezidenti Georgi İvanovun qəbulunda olublar
Diaspor
16 Avqust , 2016 18:59
Azərbaycan nümayəndələri Makedoniyada Gənc Liderlər Məktəbinin açılışına qatılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Ohrid şəhərində mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak ediblər.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, yeddi ildir həyata keçirilən bu proqram Makedoniya prezidenti Georgi İvanovun təşəbbüsü ilə baş tutur.

Açılış mərasimində Prezident G.İvanovla yanaşı, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin iştirak edib, nitq söyləyiblər. 

Onlar açılış mərasimindən sonra Makedoniya prezidentinin qəbulunda olublar. Qəbul zamanı NGBM ilə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üç ildir prezident G. İvanovun Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq edir. Məktəbin proqramına tanınmış məruzəçilərin liderlik və idarəetmə sahələrində oxuduğu məruzələr və keçdiyi təlimlər daxildir.

Son xəbərlər

Orphus sistemi