Yuxarı

Azərbaycan əsilli siyasətçi Türkiyə parlamentinin deputatı seçilib

Azərbaycan əsilli siyasətçi Türkiyə parlamentinin deputatı seçilib
Şamil Ayrım: Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan əsilli siyasətçi Şamil Ayrım Türkiyə parlamentinin deputatı seçilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, o, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) siyahısından qalib gəlib.

Ş.Ayrım 27-ci çağırış parlamentdə İstanbul şəhərini təmsil edəcək. 

Bu münasibətlə Dövlət Komitəsinin sədri Fuad Muradov Şamil Ayrıma zəng edərək onu təbriklərini çatdırıb, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.  

Ş.Ayrım da öz növbəsində, Türkiyə və Azərbaycanı daima güclü görmək arzusunda olduğunu bildirib: "Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacağam. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacağam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu istiqamətdə də əlimdən gələni etməyə hazıram”.

Türkiyəli millət vəkili həmçinin Azərbaycana səfəri zamanı Fuad Muradovla görüşəcəyini də vurğulayıb. 

Qeyd edək ki, Ş.Ayrım bundan əvvəl 20 və 21-ci çağırışlarda da parlamentdə təmsil olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi