Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib O, ikinci yerlə kifayətlənməli olub
Diaspor
24 Sentyabr , 2017 17:49
Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Yeni Zelandiyada keçirilən parlament seçkilərdə əslən Azərbaycandan olan Tofiq Məmmədov adlı namizəd ölkənin qanunverici orqanına seçilə bilməyib.

Bu barədə "Report"a T. Məmmədov özü məlumat verib.

O ikinci yerlə kifayətlənməli olduğunu bildirib.

Oklend şəhərinin Botani seçki dairəsindən namizədliyini irəli sürən Leyborist partiyasının üzvü hakim Milliyət Partiyasından namizəd Ceymi Li Rossa uduzub.

T.Məmmədov seçiləcəyi təqdirdə seçki dairəsində nəqliyyat sistemini təkmilləşdirəcəyinə və sadə vətəndaşlar üçün daşınmaz əmlakı əlçatan edəcəyinə vəd vermişdi.

Son xəbərlər

Orphus sistemi