Yuxarı
    Bağlamaq

    Azərbaycan diasporunun rəhbəri irqi və etnik ədavətə yol verməmək çağırışı ilə Ukrayna prezidentinə müraciət edib

    Rövşən Tağıyev: Bu halda fərdi məsuliyyət olmalıdır

    Kiyev. 5 sentyabr. REPORT.AZ/ Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin prezidenti Rövşən Tağıyev irqi və etnik ədavətə yol verməmək və roman milli azlığı nümayəndələrinin hüquq və azadlıqlarını şəxsi nəzarətinə götürmək çağırışı ilə Ukrayna prezidenti Pyotr Poroşenkoya müraciət edib.

    "Report" xəbər verir ki, bu müraciət Loşinovka kəndində baş vermiş insidentlə bağlıdır. Həmin kənddə tərk edilmiş evlərdən birində üzərində zorakılıq əlamətləri olan 9 yaşlı qızın cəsədi tapılıb. Cinayətin törədilməsində 20 yaşlı roman şübhəli bilinir. 

    Həmin hadisə ilə bağlı Kiyevdə "Çoxmillətli Ukrayna sülh, həmrəylik və ədalət tərəfdarıdır" mətbuat konfransı keçirilib. 

    "Report" xəbər verir ki, spikerlər Odessa vilayəti İzmailski rayonu Loşinovka kəndi sakinlərinin milli mənsubiyyətə görə köçürülməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Loşinovka kənd sovetinin deputatları bu tərzdə roman milliyyətindən olan şəxsin törətdiyi qətlə münasibətlərini bildiriblər. 

    "İstənilən millətdən olan şəxs cinayət törədə bilər. Bu halda fərdi məsuliyyət olmalıdır. Romanın məhkəməsin cəzalandırılması və təqib olunması hüquq cəmiyyətində yolverilməz hadisədir", - Rövşən Tağıyev qeyd edib. 

    Ukraynanın sabiq xarici işlər naziri Leonid Kojara bildirib ki, cəmiyyətdə sülh və həmrəylik yalnız milli azlıqların hüquqlarının qorunması zaman olacaq: "Ukraynada 130-dan çox xalqın nümayəndələri yaşayır, lakin dövlət etno-milli siyasət, demək olar ki, yoxdur, bununla yanaşı, etnik millətçilik siyasəti artır və bu da cəmiyyətdə süni etnik gərginlik yaradır", - L.Kojara vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi