Yuxarı

Azərbaycan diasporunun ​Lvovda nümayəndəliyi yaradılıb

BUAK rəhbəri: Ukraynada yaşayan azərbaycanlılar ölkənin bütün regionlarında öz hüquqlarından tam istifadə edə bilirlər

Bakı. 16 mart. REPORT. AZ/ Ukraynanın qərbində, Lvov şəhərində Azərbaycan diasporunun nümayəndəliyi yaradılıb. 

"Report"un Birləşmiş Ukrayna Azərbaycanlılarının Konqresinə (BUAK) istinadən verdiyi xəbərə görə, bu məqsədlə Lvovda Ukraynanın bir çox vilayətinin konqres nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib. BUAK rəhbəri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada baş verənlərə rəğmən ölkədə tolerantlıq səviyyəsi çox yüksəkdir və ölkənin bütün regionlarında yaşayan azərbaycanlılar öz hüquqlarından tam istifadə edə bilirlər. Ukraynada çoxlu sayda azərbaycanlı yaşadığını bildirən R.Tağıyev Lvovda diaspora təşkilatının yaradılmasının önəmindən danışıb. 

Şəhər meri A.Sadovoy deyib ki, Lvov çoxmillətli şəhərdir və burada yaşayan azərbaycanlıların aktiv fəaliyyəti yerli hakimiyyət orqanı tərəfindən dəstəklənir. Səsvermə nəticəsində uzun illərdir şəhərin ictimai həyatında aktiv fəaliyyəti ilə seçilən Teymur Məmmədov BUAK-ın Lvov nümayəndəliyinin rəhbəri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi