Yuxarı
    Bağlamaq

    Azərbaycan diasporu Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləyəcək

    Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti Vladimir Putin tərəfdarlarının qərargahını təşkil etmək niyyətindədir
    © Dpa/Alexey Druginyn

    Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləyəcək. 

    "Report" "AzərRos FMMM"ə istinadən xəbər verir ki, qurumun Federal Şurasının iclasında bununla bağlı qərargahın yaradılması haqqında qərar qəbul olunub. 

    "Qərargah yaratmaqla "AzərRos FMMM" prezidentliyə namizəd Vladimir Putini tam dəstəkləməyə hazır olduğunu göstərir, çünki rusiyalıların dövlət başçısının ölkənin sabit inkişafına, beynəlxalq arenada onun maraqlarının qorunmasına, çoxmillətli Rusiyada sülh və barışığın qorunmasına yönəldilmiş kursuna olan geniş dəstəyini görürük. Rusiyanı doğma evinə çevirən bütün azərbaycanlıların prezidentliyə namizəd Vladimir Vladimiroviç Putinə dəstəyini açıq elan etmək imkanı var", - təşkilatın məlumatında deyilir.

    Bildirilib ki, qərargahın tərkibində ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, alimlər, iş adamları olacaq.

    FMMM Federal Şurası həmçinin azərbaycanlıların regional, yerli və ictimai birliklərinə müraciət edərək Vladimir Putinin namizədliyini dəstəkləməyə çağırıb.

    Bundan əlavə, Rusiyanın müxtəlif bölgələrindəki Azərbaycan ictimai təşkilatlarının rəhbərləri yanvar-mart aylarında seçkilərdə Vladimir Putinin namizədliyinin dəstəklənməsi üçün tədbirlər və aksiyalar keçirmək niyyətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi