Azərbaycan diasporu Moskvada "Ölməz alay" aksiyasında iştirak edib

Azərbaycan diasporu Moskvada "Ölməz alay" aksiyasında iştirak edib Rusiyanın paytaxtı Moskva şəhərində Ölməz alay aksiyası keçirilib.
Diaspor
9 May , 2019 16:01
Azərbaycan diasporu Moskvada Ölməz alay aksiyasında iştirak edib

Rusiyanın paytaxtı Moskva şəhərində "Ölməz alay" aksiyası keçirilib.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, bir milyona yaxın insanın qatıldığı el şənliyində moskvalılarla yanaşı, şəhərin qonaqları, həmçinin Azərbaycan diasporu da iştirak edib.

Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olmuş həmvətənlərimizin şəkillərini tutaraq "Belarusskaya" metrostansiyasından başlayaraq Tverskaya küçəsi boyunca Kremlə yürüşdə iştirak ediblər.

"Müharibə iştirakçılarının burada portretlərini göstəririk, Azərbaycanımızın bayrağını uca tuturuq və bu tədbirdə çox böyük fəxrlə iştirak edirik, çünki biz Azərbaycan xalqı olaraq bu müharibənin ən vacib iştirakçılarından biri olmuşuq. Qələbədə Azərbaycanın çox böyük rolu olub. İnşallah bu yürüşü Qarabağda, Şuşada edərik", - Azərbaycan diasporunun üzvü Əli Kazımov "Report"un əməkdaşına deyib.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi "Ölməz alay" aksiyası ilə bağlı Azərbaycan və Ermənistan diasporlarına müraciət edib, təxribata əl atmamağa çağırıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi