Yuxarı

​Azərbaycan diasporu Amsterdam Universitetinin rəhbərliyinə etiraz bəyanatı ünvanlayıb

Erməni lobbisi “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi planlaşdırıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtındakı Amsterdam Azad Universitetində erməni lobbisinin planlaşdırıdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Niderlanddakı erməni diasporu noyabrın 7-də adıçəkilən universitetdə qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin “millət vəkili” Armen Sarkisyanı dəvət etməyi planlaşdırıb.

Azərbaycan-Türk Kültür Mərkəzi isə seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz məktubu ünvanlayaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini işğalı nəticəsində Azərbaycan torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb. Bildirilib ki, “respublikanın” yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insan öldürülüb, bir milyon azərbaycanlı doğma yurdundan qovulub.

Bəyanat müəllifləri əlləri qana batan separatçı kriminal rejimin nümayəndəsinin Amsterdam Azad Universitetində çıxışının Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin təəssüf və qəzəb hissi doğuracığını bildiriblər.

Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərbaycan diaspor nümayəndələri ümid edir ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşaraq işğalçı rejimin nümayəndələrinə çıxış etmək üçün şərait yaratmayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi