Yuxarı

Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərinə qatılıb

Azərbaycan diaspor nümayəndələri Nikolayevdə Avropa Günləri tədbirləri

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Nikolayevdə keçirilən Avropa Günləri tədbirlərinə qatılıb, yerli və xarici rəsmilər ilə görüşlər keçirib. 

UMA-dan "Report"a verilən məlumata görə, tədbir çərçivəsində dəvəti ilə qatıldığı Nikolayev şəhər meri Aleksandr Senkeviç ilə görüşən R.Tağıyev şəhərdə yaşayan azərbaycanlıların, ümumiyyətlə, azsaylı xalqların fəallığını müzakirə edib. 

R.Tağıyev bildirib ki, Assambleya Nikolayevdə sərmayələrin qoyuluşu üzrə layihələrə start verəcək. 

Müxtəlif Avropa ölkələrini təmsil edən universitet tələbələrinin, xarici ölkə diplomatlarının qatıldığı tədbir çərçivəsində etnik millətlərin paradı da keçirilib. 

R.Tağıyev eyni zamanda Nikolayev Gəmiqayırma Universitetində mühazirə oxuyub, Azərbaycanın infrastrukturu barədə məlumat verib. Görüşdə Nikolayev yəhudi icmasının rəhbəri Semyon Belıy da iştirak edib. 

Daha sonra Nikolayevdə rəhbəri azərbaycanlı, konqresin fəxri üzvü Alim Ağakşiyev olan "Nika Tera" limanında görüş olub, fəaliyyəti ilə tanışlıq olub. Tədbirin təşkilatçıları arasında Assambleyanın və BUAK-ın Nikolayev üzrə nümayəndəsi Anar Axundov da olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi