Avstraliyada ermənilərin aksiyası uğursuzluğa düçar olub

Avstraliyada ermənilərin aksiyası uğursuzluğa düçar olub Onlar Azərbaycan səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstəriblər
Diaspor
10 Aprel , 2016 15:16
Avstraliyada ermənilərin aksiyası uğursuzluğa düçar olub

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 8-də ermənilərin Avstraliyadakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirmək cəhdi bu ölkədə yaşayan azərbaycanlıların ciddi səyi nəticəsində baş tutmayıb.

Avstraliyada təhsil alan tələbələrin "Report"a verdikləri məlumata görə, aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasında yaşanan gərginlik barədə yerli ictimaiyyətə yalan məlumat çatdırmaq istəyən ermənilər, orada təhsil alan azərbaycanlı tələbələrin və diaspora üzvlərinin sərt reaksiyası ilə qarşılaşıblar.

“Səfirlik önünə gələn ermənilər azərbaycanlıların burda olacağını gözləmirdilər. Onlar saylarını çox göstərmək üçün uşaq və qocaları da sıralarına cəlb etmişdilər. Aksiyada erməni din xadimləri də iştirak edib", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi