Yuxarı
    Bağlamaq

    Avropadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ukrayna Ali Radasında görüş keçiriblər

    Görüşdə Azərbaycan icma rəhbərləri iştirak ediblər
    © Report

    Bakı. 12 sentyabr. REPORT. AZ/ Avropadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ukrayna Ali Radasında görüş keçiriblər.

    “Report” xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupu arasında keçirilən görüşdə Niderland, Almaniya, Belçika, İsveç, Finlandiya, Macarıstan, Estoniya və digər ölkələrdəki Azərbaycan icma rəhbərləri iştirak ediblər.

    Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy çıxışında azərbaycanlıların Ukraynanın ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib: “Dünyada milyonlarla ukraynalı bizim diasporumuzu təmsil edir. Biz diasporumuzu yeni qururuq və 20 ildən çoxdur dünyada formalaşan Azərbaycan diasporunun dəstəyinə ehtiyacımız var”.

    M.Kuryaçiy Ukrayna ilə Azərbaycan arasında sənaye, iqtisadi və siyasi mənada əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və bu işdə Azərbaycan diasporunun rolunu vurğulayıb: “Həm Ukrayna, həm də Azərbaycan işğaldan əziyyət çəkir. Bizim problemlərimiz ortaqdır. Ukrayna kimi Azərbaycanın da ərazisi işğal olunub. Demək olar ki, düşmənlərimiz eynidir. Ölkələrimiz separatizmdən əziyyət çəkir”.

    Avropa Azərbaycanlıları Konqresi prezidenti Sahil Qasımov çıxışında Ukraynada yaşayan yarım milyona qədər azərbaycanlının Avropada böyük güc olduğunu, qitədə yaşayan azərbaycanlıların vahid güc ətrafında birləşməsi prosesində bu faktorun önəmli olduğunu qeyd edib: “Biz hər zaman Avropada ukraynalılarla qarşılıqlı dəstək nümayiş etdirmişik. Ukraynanın son illər yaşadığı problemlərə Avropada yaşayan azərbaycanlılar tərəfindən biganə qalınmır, əksinə həssaslıqla yanaşırıq. Eynilə Azərbaycanın maraqları üçün də ukraynalılardan, Ukrayna rəsmilərindən eyni həssaslığı gözləyirik”.

    AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək diasporun fəaliyyəti barədə, azərbaycanlıların Ukraynanın şərqində baş verən döyüşlərdə xəsarət alanlara humanitar yardım göstərilməsində aktivliyindən danışıb. R. Tağıyev eyni zamanda ölkədəki azərbaycanlılar adından Ali Rada ilə bağlı tələblərini də bildirib: “Son vaxtlar bizim vətənimiz Azərbaycana qarşı Avropada bəzi dairələr tərəfindən qarayaxmalar həyata keçirilir. Təbii ki, bunlar erməni lobbisinin dəstəyindən qaynaqlanır. Avropa təşkilatlarında təmsil olunan ukraynalı deputatlar Azərbaycana qarşı qarayaxma kampaniyasına görə mövqelərini ortaya qoymalıdırlar. Bu bizim gözləntimizdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi