Yuxarı
    Bağlamaq

    Avropa azərbaycanlıları Finlandiya parlamentində görüş keçirərərk Xocalı ilə bağlı müraciət təqdim ediblər

    Bakı. 8 fevral. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə qitədə yerləşən azərbaycanlı diaspor təşkilatlarının liderləri Finlandiyanın paytaxtı Helsinkidə tədbirlərə və yerli rəsmilərlə görüşlərə start verib.

    AAK-dan “Report”a verilən məlumata görə, bu gün Finlandiya parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə keçirilən görüşdə ilk olaraq Xocalı soyqırımına parlament tərəfindən hüquqi qiymətin verilməsi ilə bağlı müraciət təqdim olunub.

    Görüşdə dostuq qrupunun rəhbərlərindən deputat Eero Lehtinen, AAK prezidenti Sahil Qasımov, AAK İcraiyyə Komitəsinin üzvləri Finlandiya Azərbaycan Assosiasiyasının həmsədrləri Vasif Muradlı, Arzu Muradlı, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, İsveç Azərbaycan diaspor rəhbəri Nadir Hollenbrand, AAK-nin vitse-prezidentləri - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, Almaniyadan Yaşar Niftəliyev, Danimarka Azərbaycan Cəmiyyətinin sədri Səfər Sadiqi, Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova, İsveçrə Azərbaycan cəmiyyətinin sədri Arzu Əliyeva, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova və digərləri iştirak ediblər.

    Müraciətdə Ermənistan silahlıları tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımı barədə, bir sıra ölkələrin parlamentlərinin bunu soyqrımı kimi tanıması barədə məlumat verilib, bu ay soyqırımıdan 26 il keçməsinə baxmayaraq hələ də səbəbkarların cəzalandırılmaması xatırladılıb.

    Görüş zamanı Sahil Qasımov Finlandiya parlamentarilərinə Xocalı soyqırımının törənmə səbəbi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarbağ və ətraf rayonları barədə məlumat verərək bildirib ki, beynəlxaql təşkilatlar ikili standartlara yol verir: "Məsələn Rusiya ilə bağlı aqressiyaya qarşı dərhal sanksiya tətbiq edildiyi halda, 27 ildən çoxdur işğalçı Ermənistan hələ də təzavüzkar kimi tanınmır". E.Lehtinen cavabında bu sual qarşısında cavabsız qaldığını, həqiqətən də bir söz tapa bilmədiyini deyib.

    Rövşən Tağıyev isə çıxış edərək keçmiş SSRİ ölkələrindən tarixi vətəni Azərbaycan, o cümlədən Ukrayna, Moldova və Gürcüstanın separatizmdən illərdir əziyyət çəkdiyini xatırladarq Finlandiyanı bu məsələdə mövqe bildirməyə çağırıb.

    Görüşün sonunda S. Qasımov AAK-nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Avropa ölkələrində yerli təşkilatlar və yerli rəsmi şəxslərlə görüşlərə start verildiyini bildirərək qeyd edib ki, Avropada yaşayan azərbaycanlılar artıq son bir ildə qitənin ictimai-siyasi həyatında yeni və daha fəal layihələrə start veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi