​Astanada Türk Şurasının gənc diplomatlarına kurslar keçirilib

​Astanada Türk Şurasının gənc diplomatlarına kurslar keçirilib Türk Şurası Gənc Diplomatların 3-cü Ortaq Təhsil Proqramı Qazaxıstan Xarici İşlər Nazirliyi və Nazarbayev Universitetinin dəstəyi ilə keçirilir
Diaspor
1 İyun , 2016 14:40
​Astanada Türk Şurasının gənc diplomatlarına kurslar keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov Qazaxıstanın paytaxtı Astanada gənc diplomatlara diaspor mövzusunda mühazirə oxuyub.

Komitədən "Report"a verilən məlumata görə, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TÖƏŞ, Türk Şurası) üzv ölkələrin gənc diplomatları üçün təşkil edilən seminarda dövlətlərarası münasibətlərdə diasporun rolu və onun əhəmiyyəti barədə danışılıb.

R.Məmmədov, həmçinin seminar iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatlandırıb, gənclərin diaspor sahəsindəki yeri və əhəmiyyəti, Türk Şurasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. İnteraktiv ortamda keçən dərsdə R.Məmmədov gənc diplomatların suallarını cavablandırıb, geniş müzakirələr aparılıb.

R.Məmmədovla eyni vaxtda Türk Akademiyasının aparıcı eksperti, TÖƏŞ-in Ağsaqqallar Şurasının Qazaxıstan təmsilçisi Adil Axmetov da seminar iştirakçılarına mühazirə oxuyub.

Türk Şurası Gənc Diplomatların 3-cü Ortaq Təhsil Proqramı Qazaxıstan Xarici İşlər Nazirliyi və Nazarbayev Universitetinin dəstəyi ilə keçirilir. Türkdilli ölkələrin gənc diplomatları üçün önəmli bir foruma çevrilən təhsil proqramında xarici siyasət, diplomatiya, cəmiyyət, iqtisadiyyat, tarix və ədəbiyyat kimi mövzuları əhatə edən dərslər verilir.

Proqramın sonunda gənc diplomatlara sertifikatlar verilib. Sertifikatları Türk Şurasının sədri Ramil Həsənov iştirakçılara təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi