Assambleya rəhbəri: “Son bir neçə ildə azərbaycanlıların səyi nəticəsində Ukraynaya yüz milyonlarla sərmayə cəlb olunub”

Assambleya rəhbəri: “Son bir neçə ildə azərbaycanlıların səyi nəticəsində Ukraynaya yüz milyonlarla sərmayə cəlb olunub” Bakı. 30 noyabr. REPORT.AZ/ Çernovtsı şəhərində Ukrayna Millətlər Assambleyası (UMA) Almaniyanın Sosial Demokratlar Partiyasına məxsus Firdrix Ebert Fondu ilə birlikdə bir neçə vilayətin dövlət məmurları üçün “Avropa standartlarının Ukraynada milli azlıqlara tətbiqi” adlı toplantı keçirib. 
Diaspor
30 Noyabr , 2017 16:42
Assambleya rəhbəri: “Son bir neçə ildə azərbaycanlıların səyi nəticəsində Ukraynaya yüz milyonlarla sərmayə cəlb olunub”

Bakı. 30 noyabr. REPORT.AZ/ Çernovtsı şəhərində Ukrayna Millətlər Assambleyası (UMA) Almaniyanın Sosial Demokratlar Partiyasına məxsus Firdrix Ebert Fondu ilə birlikdə bir neçə vilayətin dövlət məmurları üçün “Avropa standartlarının Ukraynada milli azlıqlara tətbiqi” adlı toplantı keçirib. 

"Report" xəbər verir ki, toplantıda Çernovtsı vilayətinin birinci vitse qubernatoru Mixail Pavlyuk, Mədəniyyət Nazirliyi rəsmisi Vladimir Xodokovskiy, UMA rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Rövşən Tağıyev, MART təşkilatının rəhbəri Aleksandr Voytenko, Ukraynanın təhsil eksperti Andrey Kinaş və bir sıra ekspertlər, vilayətlərin məmurları iştirak ediblər.

Toplantıda Çernovtsı, Ternopıl, İvano-Franskovsk, Vinnitsa, Xmelnitski və Lvov vilayətlərindən nümayəndələr iştirak ediblər. Çıxış edən Rövşən Tağıyev bildirib ki, Ukrayna Avropanın çox millətli ölkəsi hesab olunur: “Ukrayna çox millətli ölkə olması ilə yanaşı, millətlərarası tolerantlıq burada hökm sürür. Bununla yanaşı ölkədə Avropa standartlarının az saylı xalqlar üçün tətbiqinə dövlət məmurlarının dəstəyi də lazımdır”. R. Tağıyev ölkədəki az saylı xalqlarla hakimiyyət arasında münasibətlərdə də Avropa standartlarının tətbiqinin zəruriliyindən danışıb.

O qeyd edib ki, bu məsələdə dövlət məmurları və sadə xalq birlikdə çalışarsa, o zaman heç bir ziddiyyət də ola bilməz: “Əksinə millətlərin fəaliyyəti nəticəsində Ukrayna iqtisadiyyatl dirçəlir. Təkcə bizim Konqresimizin fəaliyyəti nəticəsində son bir neçə ildə yüz milyonlarla dəyəri olan iqtisadi razılaşmalar imzalanıb, sərmayələr cəlb olunub. Düşünürəm hakimiyyət bunu nəzərə almalıdır”. O, tarixi vətəni Azərbaycandakı tolerantlığı iştirakçılara misal da çəkib.

Toplantıda ekspertlər tərəfindən dövlət qulluqçuları üçün Ukraynanın inkişafında multukulturalizm və tolerantlıq siyasətinin nə dərəcədə əhəmiyyətli olması barədə mühazirələr oxuyublar. BMT, UNESCO və UNİCEF-in milli azlıqlarla bağlı tövsiyyələrindən də nümunələr göstərilib.

Son xəbərlər

Orphus sistemi