Yuxarı
    Bağlamaq

    Araz Mürsəliyev Rusiya Dövlət Dumasının millətlərin işləri üzrə komitəsinin rəhbər müavini təyin olunub

    H.Səfərəliyev A.Mürsəliyevin milli icmalarla iş üzrə böyük təcrübəyə malik olmasını vurğulayıb

    Bakı. 4 fevral. REPORT.AZ/ Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, millətlərin işləri üzrə komitənin sədri Hacımet Səfərəliyev özünə ictimai əsaslarla parlamentdə iş üzrə yeni müavin təyin edib. "Report" "AZƏRTAC"a istinadən xəbər verir ki, bu, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi Araz Mürsəliyevdir.

    H.Səfərəliyev A.Mürsəliyevin milli icmalarla iş üzrə böyük təcrübəyə malik olmasını vurğulayıb. O, A.Mürsəliyevə ictimai təşkilatlarla və etno-mədəni birliklərlə millətlərarası münasibətlərin harmonizasiyası üzrə fəal çalışmağı və əməkdaşlığı davam etdirməyi tapşırıb.

    Qeyd edək ki, A.Mürsəliyev eyni zamanda "Xalqlar Dostluğu” Xeyriyyə Fondunun təsisçisi və rəhbəridir və millətlərin işləri üzrə komitənin Ekspert Şurasının tərkibində yer alır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi