Yuxarı

Amerika azərbaycanlıları 11 sentyabr terror aktı qurbanlarının xatirəsini yad ediblər

Biz terrorizmi bütün forumlarda müzakirə edirik

Bakı. 12 sentyabr. REPORT.AZ/ Amerika azərbaycanlıları 11 sentyabr terror aktı qurbanlarının xatirəsini yad ediblər. Report xəbər verir ki, bu barədə Amerika Azərbaycanlıları Şurasının bəyanatında deyilir.

Bəyanatda xatırladılıb ki, 13 il əvvəl ABŞ və bütün dünya dəhşətli terror aktı ilə üzləşib. Həmin terror aktında ümumilikdə 2977 nəfər həlak olub. 

"Azərbaycan öz hava məkanını açmaqla, Əfqanıstan və İraqda ABŞ missiyalarını dəstəkləmək üçün hərbçilərini göndərərək, bu hücumlara cavab verən ilk ölkələrin sırasında olub. Bu cavab təsadüfi deyildi. Qonşu Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsi zamanı bir çox azərbaycanlı da terror aktlarının qurbanları olub" - deyə, bəyanatda qeyd olunub. 

Amerika Azərbaycanlıları Şurası vurğulayıb ki, 11 sentyabr hadisələri ABŞ vətəndaşı olan azərbaycanlıların da həyatına təsir göstərib. Belə ki, 2005-ci ildə ABŞ dəniz piyadaları korpusunun yefreytoru Murad Rəhimov (San-Diyeqo, Kaliforniya) ABŞ-ın İraqda keçirdyi əməliyyat zamanı helikopter qəzasında həlak olub. 

"Yaxın Şərqdən Qərbi Ukraynaya qədər, Amerika və bütün dünyanın hələ də terror təhlükəsi ilə üzləşdiyi bu çətin günlərdə biz 11 sentyabr qurbanlarının xatirəsini yad edir və terrorizmi pisləyirik" - deyə, bəyanatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi