Yuxarı

Almaniyada daha bir Azərbaycan evi açılıb

Almaniyada daha bir Azərbaycan evi açılıb

Xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri Almaniyanın Köln şəhərində açılıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan, Köln Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib. Kölndəki Azərbaycan evi də, digər şəhərlərdə olduğu kimi, soydaşlarımızla yanaşı Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeridir.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birliyi, birgə fəaliyyət göstərməsi üçün xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Soydaşlarımız öz çıxışlarında evlərin yaradılmasını xaricdə yaşayan azərbaycanlılara dövlətimizin diqqət və qayğısının bir nümunəsi olduğunu qeyd ediblər.

Tədbir Azərbaycan musiqilərindən ibarət konsert proqramı ilə davam edib.

Xatırladaq ki, Almaniyada daha bir Azərbaycan evi Berlin şəhərində açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi