Yuxarı

Almaniyada “Bakı sirrləri” adlı təqdimat keçirilib

Almaniyada Bakının tarixi ilə bağlı müzakirələr aparıldı

Almaniyanın Berlin Humboldt Universitetində Azərbaycan paytaxtı Bakı şəhərinin tarixinə həsr olunan “Bakı sirrləri” adlı təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, Almaniya azərbaycanlılarının “Birlik, İnteqrasiya və Biznes İnkişaf Mərkəzi”, Humboldt universiteti və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən təqdimata yerli ekspertlərlə yanaşı, universitetinin dekanı Aux Eva-Mariya, mərkəzin sədri, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev, qurumun direktoru Fərid Tağıyev, doktor Adil Bayramov, müxtəlif millətdən olan tədiqiqatçılar, diaspor nümayəndələri və tələbələr qatılıblar.

Professor A.Eva-Mariya bildirib ki, Azərbaycanın bu qədim şəhəri istər mədəni müxtəlifliyi, istərsə də maddi və intellektual ehtiyyatlarına görə hələ də öyrənilməmiş sirrlərə malikdir: “Bakı təkcə nefti ilə yox, yetişdirdiyi tarixi şəxsiyyətlər və məkanına çevrildiyi ictimai-siyasi proseslər ilə də tarixi mərkəzə çevrilib. İstər şərqdə qadınlara seçki hüququnun verildiyi ilk ölkə paytaxtı olmaqla, istər şərqdə ilk respublikanın mərkəzi olmaqla, istərsə də almanlar da daxil Avropanın bir çox maqnatlarının və mütəfəkkrlərinin iz saldığı şəhər olmaqla Bakının biz avropalı alimlərin öyrənəcəyi çoxlu sirrləri var. Hesab edirəm Almaniyada fəal azərbaycanlılar diasporu olmaqla biz bu sirrləri zamanla öyrənəcəyik”.

Daha sonra tədqiqatçı Fuad Axundov slaydlardan ibarət məruzə söyləyərək Bakının milyonerləri, tarixi abidələri və tarixi şəxsiyyətləri barədə məlumat verib. Təqdimatda Bakının ilk neft milyonerləri barədə mövzu dinlənilib. Bakı neftinin istər bölgə, istərsə də dünya tarixində oynadığı roldan danışılıb, faktlar nümayiş etdirilib.

Təqdimatda eyni zamanda Bakının tarixi ilə bağlı Heydər Əliyev Fondunun gördüyü işlər də təqdir olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi