Almaniyada Azərbaycanın müstəqillik gününə həsr olunan beynəlxalq boks yarışı keçirilib

Almaniyada Azərbaycanın müstəqillik gününə həsr olunan beynəlxalq boks yarışı keçirilib Bakı. 5 noyabr. REPORT.AZ/ Almaniyanın Rietşen şəhərində Azərbaycanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunan beynəlxalq peşəkar boks yarışı keçirilib.
Diaspor
5 Noyabr , 2018 15:15
Almaniyada Azərbaycanın müstəqillik gününə həsr olunan beynəlxalq boks yarışı keçirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Almaniyanın Rietşen şəhərində Azərbaycanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunan beynəlxalq peşəkar boks yarışı keçirilib.

“Report”un məlumatına görə, yarış Heydər Əliyev adına Dünya Boks Komitəsi (“World Boxing Committee Haydar Aliyev-WBCA) və Almaniyanın Peter Pelk Boks Klubu tərəfindən təşkil olunub.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin (“World Boxing Committee Haydar Aliyev-WBCA) rəhbəri Yaşar Niftəliyev bildirib ki, yarışa Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Macarıstan, Əfqanıstan, Türkiyə və Belarusdan peşəkar boksçular qatılıblar. Yarışın ardınca Azərbaycan müstəqillik gününə həsr olunan bədii tədbir də keçirilib. Tədbirdə azərbaycanlıların Almaniyada son vaxtlar vahid güc halında fəallıqlarının artırmasından, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə dəstəyindən danışılıb.  

Son xəbərlər

Orphus sistemi