Yuxarı

Albaniya prezidenti Azərbaycana səfər edəcək

Albaniya prezidenti Azərbaycana səfər edəcək
Prezident Buyar Nişani və xanımı Odeta Nişani V Qlobal Bakı Forumunda iştirak edəcəklər

Bakı. 13 fevral. REPORT.AZ/ Albaniya Prezidenti Buyar Nişani və xanımı Odeta Nişani martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcəklər. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki,  “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumun açılışında Albaniya prezidentinin çıxışı gözlənilir. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.

Komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 2012-ci ilin iyulun 24-də Albaniya Respublikasının Prezidenti seçilən Buyar Nişani ötən il keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edərək, tədbirin açılışında nitq söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi