​Adanada Xocalı faciəsinin ildönümü ilə əlaqədar klassik musiqi gecəsi keçirilib

​Adanada Xocalı faciəsinin ildönümü ilə əlaqədar klassik musiqi gecəsi keçirilib Çukurova Universitetində “Həqiqi Xocalı soyqırımı və qondarma erməni soyqırımı" mövzusunda konfrans keçiriləcək
Diaspor
9 Fevral , 2015 19:15
​Adanada Xocalı faciəsinin ildönümü ilə əlaqədar klassik musiqi gecəsi keçirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin konsert salonunda Çukorova Dövlət Simfonik orkestrinin müşayiətilə “Türkiyə-Azərbaycan dostluq konserti” adlı simfonik musiqi gecəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasından seçmələr, eləcə də bəstəkarın “Nağıllar”, “Metamorfoza” və digər əsərlərindən parçalar səsləndirilib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin, Adana Böyükşəhər Bələdiyyəsinin nümayəndələri, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Yaqub Bulut, təşkilatın sədr müavini, həmçinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini, əməkdar incəsənət xadimi Cahangir Novruzov və digər qonaqlar iştirak edib.

Konsertdən sonra Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Yaqub Bulut, dərnəyin sədr müavini Cahangir Novruzov mətbuat nümayəndələri üçün brifinq keçirib.

Brifinqdə Xocalı soyqırımı və onun nəticələri barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, soyqırımın törədilməsindən 23 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar faciəyə laqeyd münasibət göstərərək bu ədalətsizliyə susur.

Təşkilat rəhbərləri soyqırımın ildönümü ilə əlaqədar fevralın 27-də Çukurova Universitetində, Adana Bilim və Texnologiya Üniversitetində “Həqiqi Xocalı soyqırımı və qondarma erməni soyqırımı" mövzusunda konfransın keçiriləcəyini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi