Yuxarı

​20 Yanvar İzmirdə anılıb

Asif Qurban Azərbaycanın böyük itki və şəhidlər hesabına öz müstəqilliyinə doğru irəlilədiyini bildirib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan xalqının azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri ilə əlaqədar Türkiyənin İzmir şəhərində Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən anım tədbiri təşkil edilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Cəmiyyətin sədr müavini Cavid Əliyev açaraq, qəhrəmanlıq səhifələrindən birini təşkil edən 20 Yanvarla bağlı təşkil olunmuş tədbirə qatılanlara təşəkkürünü bildirib.

Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban 20 Yanvarın Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən danışıb, o zaman Azərbaycanın böyük itki və şəhidlər hesabına öz müstəqilliyinə doğru irəlilədiyini bildirib.

Daha sonra 20 Yanvar faciəsi ilə bağlı tarixçi-yazar İsmət Alpaslan çıxış edərək iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə müxtəlif siyasi partiya və qeyri-hökumət təşkilatlarının rəhbərləri, nümayəndələri, ziyalılar, Azərbaycandan və digər ölkələrdən olan tələbələr, eləcə də yerli ictimaiyyətin təmsilçiləri iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi