Yuxarı
    Bağlamaq

    Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını bərpa edə bilər

    36 yaşlı hücumçu 2018-ci il dünya çempionatında həmvətənlərinə kömək etmək istəyir

    Bakı. 17 noyabr. REPORt.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını bərpa edə bilər. 

    “Report” RMC Sport-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında həmvətənlərinə kömək etmək istəyir.

    Bu il aprelin 20-də Avropa Liqasının 1/4 final mərhələsində Belçika “Anderlext”i ilə görüşdə ağır zədə alan forvard artıq zədəsini sağaldıb. Onun noyabrın 18-də “Mançester Yunayted”in İngiltərə Premyer Liqasının XII turunda “Nyukasl”a qarşı keçirəcəyi ev oyununda meydana qayıtma ehtimalı var. Lakin təcrübəli forvard mundialda iştirakı ilə bağlı yekun qərarını cari mövsüm başa çatdıqdan sonra verəcək.

    Qeyd edək ki, Zlatan İbrahimoviç AVRO-2016-dan sonra yığmadan getdiyini açıqlayıb. O, 2001 – 2016-cı illərdə İsveç milli komandasının heyətində 116 oyuna 62 qol vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi