Yuxarı
    Bağlamaq

    Yoahim Löv: “Azərbaycan millisini tərifləmək istərdim” - FOTO

    Almaniya yığmasının baş məşqçisi: Hiss edirəm ki, Azərbaycan inkişaf edir© Foto: "Report"

    Bakı. 26 mart. REPORT.AZ/ Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan milli komandası üzərində 4:1 hesablı qələbədən sonra mətbuat konfransına qatılıb.

    “Report”un məlumatına görə, 57 yaşlı mütəxəssis əvvəlcə oyunu şərh edib, daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

    - Oyundan tam da razı qalmadım. Çünki futbolçularımızın daha da yaxşı oynaya biləcəklərini bilirəm.

    - Andre Şürrledən bu cür oyun gözləyirdiniz?

    - Bəli, klubunda az oynasa da, onun potensialına bələdik. Ona görə də mənim üçün gözlənilməz olmadı.

    - Matç gözlədiyiniz kimi keçdi?

    - Uzun aradan sonra bir araya gəldik, 4 aylıq fasilə oldu. Bu üzdən bəzi çatışmazlıqlar var. Komanda çox da xoşuma gəlmədi. Sayıqlığı əldən verdik, hesab 1:1 oldu. Səhvlər var idi. Tam fərqli Azərbaycan yığması gördüm, 5 və ay 8 il əvvəlki komanda deyil. Baş məşqçi işi özünü göstərir. Azərbaycan millisini tərifləmək istərdim. Norveçi məğlub edən komanda, elə-belə komanda deyil. Komandamızın lider futbolçularına təşəkkür edirəm. Kiçik futbol ölkələrinə qarşı hər zaman çətin olur. Bu cür rəqiblərə qarşı konsentrasiya asan deyil.

    - Almaniya milli komandası cari seçmə mərhələdə ilk qolunu buraxdı. Bu baxımdan Azərbaycan yığmasını necə qiymətləndirərdiniz?

    - Əlbəttə, istərdim ardıcıl 8-ci oyunda da qol buraxmayaq. Hiss edirəm ki, Azərbaycan inkişaf edir. Qoldan öncə də yaxşı təsir bağışlayırdılar. Topla yaxşı davranırlar. Maşallah! (gülür)

    - Renat Dadaşov adlı futbolçunun varlığından xəbəriniz varmı? “Bild” nəşri onun 1 milyon qarşılığında Azərbaycan yığmasını seçdiyini yazıb...

    - Bəli, onu tanıyıram, 18 yaşı var, gəncdir. Azərbaycan millisi ondan fayda görəcək. “Bild”in nə yazdığından xəbərim yoxdur.

    - Kimmix və Şürrlenin klublarında əsas heyətə düşə bilməməkləri ilə bağlı nə deyə bilərsiniz?

    - Kimmixlə Şürrle klublarında oynamamaqları məni narahat edir. İstərdim ki, klublarında daha çox oyun vaxtı alsınlar.

    - Burada olan oyunçuları Konfederasiyalar Kubokunda görə biləcəyik?

    - Kimləri götürə biləcəyimi deyə bilmərəm. Konfederasiyalar Kuboku önəmli turnirdir, lakin bizim əsas məqsədimiz 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında yaxşı çıxış etməkdir. Planlarımızı buna uyğun qururuq.

    - Köməkçiniz Oliver Birhoff bildirib ki, millinin oyunlarına əvvəlki qədər maraq yoxdur və bu səbəbdən son oyununuzda Dortmundda stadion dolmayıb. Bu fikirlər razısınız?

    - Onun fikirləri ilə tanış deyiləm, Almaniyaya qayıdanda oxuyaram. Bəli, turnirlərin sayı çoxalıb deyə, yüklənmə də var. Ona görə də, bütün matçlarda eyni səviyyədə çıxış edə bilmirlər. 

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi