Xorvatiya millisinin futbolçusu bütün kəndlilərinin kredit borcunu bağlayıb

Xorvatiya millisinin futbolçusu bütün kəndlilərinin kredit borcunu bağlayıb Bu barədə 24 yaşlı hücumçunun sabiq komanda yoldaşı Lovro Sindik bildirib
Futbol
17 İyul , 2018 12:41
Xorvatiya millisinin futbolçusu bütün kəndlilərinin kredit borcunu bağlayıb

Bakı. 17 iyul. REPORT.AZ/ 2018-ci il dünya çempionatında ikinci yeri tutan Xorvatiya millisinin futbolçusu Ante Rebiç doğma kəndi olan İmotski sakinlərinin kredit borclarını bağlayıb.

“Report” sportbuzzer.de saytına istinadən xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun sabiq komanda yoldaşı Lovro Sindik bildirib. Sindik bunun mundialdan öncə baş verdiyini söyləyib: “Rebiç Split yaxınlığındakı kiçik kənddə böyüyüb. 19 yaşında “Fiorentina”ya getməsinə baxmayaraq, heç vaxt soykökünü unutmayıb. O, bir dəfə kəndin bütün 500 sakininin kredit borcunu bağlayıb”.

Qeyd edək ki, Ante Rebiç karyerası ərzində vətənində “Split”, İtaliyada “Fiorentina” ilə “Verona”, Almaniyada isə “Leyptsiq” klublarında çıxış edib. O, hazırda “Ayntraxt”ın formasını geyinir və mundialdakı çıxışı ilə bir sıra aparıcı klubların diqqət mərkəzinə düşüb.

Son xəbərlər

Orphus sistemi