Xorvatiya millisindən kənarlaşdırılan futbolçuya dünya çempionatının gümüş medalı veriləcək

Xorvatiya millisindən kənarlaşdırılan futbolçuya dünya çempionatının gümüş medalı veriləcək Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyada keçirilən 2018-ci il dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniçə gümüş medal veriləcək.
Futbol
19 İyul , 2018 14:41
Xorvatiya millisindən kənarlaşdırılan futbolçuya dünya çempionatının gümüş medalı veriləcək
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyada keçirilən 2018-ci il dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniçə gümüş medal veriləcək.

“Report” xəbər verir ki, bu barədə mundialın finalında Fransa kollektivinə 2:4 hesabı ilə uduzan Xorvatiya millisinin press-ataşesi Tomislav Paçak bildirib.

“Yığma üzvləri qərara gəldilər ki, Kaliniç də dünya çempionatının medalını alsın”, - Paçak 24sata.hr saytına söyləyib.

Qeyd edək ki, Kaliniç qrup mərhələsində Nigeriya ilə görüşün sonlarında (2:0) əvəzetmədən meydana daxil olmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.

Son xəbərlər

Orphus sistemi