UEFA AVRO-2016-nın rəmzi komandasını açıqlayıb

UEFA AVRO-2016-nın rəmzi komandasını açıqlayıb Rəmzi komandaya Portuqaliya millisinin dörd futbolçusu daxil edilib
Futbol
11 İyul , 2016 17:48
UEFA AVRO-2016-nın rəmzi komandasını açıqlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ UEFA Fransada dünən başa çatmış Avropa Çempionatı - 2016-nın rəmzi komandasını açıqlayıb.

"Report" xəbər verir ki, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib.

Rəmzi komandanın tam tərkibi belədir:

qapıçı - Ruy Patrisiu (Portuqaliya);

müdafiəçilər - Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

yarımmüdafiəçilər - Toni Kroos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

hücumçular - Antuan Qrizmann (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

Xatırladaq ki, AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi