Yuxarı
    Bağlamaq

    "Udineze"nin futbolçusu: "Azərbaycana vurduğum qolu yüksək qiymətləndirirəm"

    Antonin Barak Çexiya-Azərbaycan oyununda qələbə topuna imza atıb

    Bakı. 6 oktyabr. REPORT.AZ/ "Daha əvvəl San-Marinoya 2, yoldaşlıq görüşündə Danimarkaya 1 qol vurmuşdum. Bu səbəbdən, Azərbaycana vurduğum qolu yüksək qiymətləndirirəm".

    "Report"un məlumatına görə, bunu Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Çexiya milli komandasının qələbə topuna imza atmış Antonin Barak deyib.

    Çexiya Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verən 23 yaşlı yarımmüdafiəçi uzun müddət oynamadığı üçün öz vaxtını gözlədiyini və tapşırıqlara əməl edərək, tədricən matça kökləndiyini vurğulayıb:

    "Uzun müddətdir şarımın boşaldığını gördükdən sonra onu kifayət qədər gen doldurdum. Amma tapşırıqlara əməl etməyə çalışdım və get-gedə ritmə düşdüm".

    İtaliya "Udineze"sində çıxış edən futbolçu Azərbaycan millisinin qolu zamanı penaltinin şübhəli olduğuna diqqət çəkib:

    "Komandamızda böyük güc hiss edirdim. Nə qədər paradoksal olsa da, qapımıza təyin olunan möcüzəvi penalti bizi motivasiya etdi. Bununla da daha böyük əzmlə qələbəyə can atdıq. Əvvəlki görüşlərimizdə rəqiblərimizi yenmək və işimizi asanlaşdırmaq üçün xeyli imkanı qaçırmışdıq. Lazımsız xal itkilərinə yol vermişdik. Bu oyunun sonlarında da rəqibimiz hücuma atıldı və keyfiyyətli oyun sərgilədi. Bu da baxımlı matç effekti yaratdı".

    Antonin Barak Çexiyanın 2:1 hesablı qələbə qazandığı görüşün 66-cı dəqiqəsində qələbə topuna imza atıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi