Türkiyəyə məğlubiyyətdən sonra Çexiyanın 2 futbolçusu yığma karyerasını bitirib

Türkiyəyə məğlubiyyətdən sonra Çexiyanın 2 futbolçusu yığma karyerasını bitirib Bunlar hücumçu David Lafata ilə yarımmüdafiəçi Yaroslav Plaşildir
Futbol
22 İyun , 2016 17:17
Türkiyəyə məğlubiyyətdən sonra Çexiyanın 2 futbolçusu yığma karyerasını bitirib

Bakı. 22 iyun. REPORT.AZ/ Avropa çempionatında mübarizəni dayandıran Çexiyanın iki futbolçusu milli komanda karyerasını başa vurub. "Report"un məlumatına görə, bunlar hücumçu David Lafata ilə yarımmüdafiəçi Yaroslav Plaşildir.

Onlar qərarlarını D qrupunda Türkiyəyə 0:2 hesablı məğlubiyyətlə yekunlaşan son tur matçının ardından açıqlayıblar.

Fransanın "Bordo" klubunda çıxış edən Plaşil millidə 103 oyuna 4 qol vurub. Praqa "Sparta"sının oyunçusu Lafata isə 41 dəfə yığma formasını geyinib.

Qeyd edək ki, Çexiya 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz ilk görüşünü bu il oktyabrın 11-də Çexiyada, təkrar qarşılaşmanı isə 2017-ci il oktyabrın 5-də Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi