Yuxarı
    Bağlamaq

    Bu gün Türkiyə yığması AÇ-də qalmaq üçün mübarizə aparacaq

    Türkiyə yığması İspaniya ilə qarşılaşacaq

    Bakı. 17 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının 3 oyunu keçiriləcək.

    "Report"un məlumatına görə, "D" və "E" qruplarında mübarizə aparan komandalar üz-üzə gələcək.

    "E" qrupu çərçivəsində İtaliya və İsveç komandaları qarşılaşacaq. İlk oyunda Belçikanı minimal hesabla məğlub edən Antonio Kontenin yetirmələri qələbə qazanacağı təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək. Aktivində bir xal olan İsveç isə növbəti mərhələ şanslarını saxlamaq üçün 3 xal qazanmalıdır. İsveç ilk görüşdə İrlandiya ilə bərabərliyə razılaşıb - 1:1. Komandaların heyətində zədəli və cəzalı futbolçular yoxdur.

    "D" qrupunda isə iki oyun keçiriləcək. Qrupun ilk oyununda azarkeşlər Çexiya - Xorvatiya oyununu izləyə biləcək. Bu görüş demək olar ki, hər iki komandanın taleyini həll edəcək. Xorvatlar qalib gələcəyi təqdirdə növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Belə olan halda Çexiya Avropa çempionatının qrup mərhələsində son oyununu Türkiyəyə qarşı keçirib evinə yollanacaq. Çexlər qələbə qazanarsa, o zaman Xorvatiya ilə xallarını eyniləşdirəcək və qitə turnirində yoluna davam etmək üçün son oyunu göləzməli olacaq.

    İspaniya və Türkiyə komandalarının oyununda da eyni ssenari qeydə alınacaq. İspanlar 1/8-ə vəsiqəni təmin etmək üçün, Türkiyə isə AÇ-də yoluna davam etmək üçün qələbəyə çalışacaq. İlk oyunda Xorvatiya Türkiyəni, İspaniya isə Çexiyanı 1:0 hesabı ilə məğlub edib.

    E qrupu

    17:00. İtaliya - İsveç

    Baş hakim: Viktor Kaşşai

    Yan xətt hakimləri: Dyord Rinq, Vensel Tot

    Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

    Dördüncü hakim: Kleman Turpen

    Ehtiyat köməkçi hakim: Nikolas Dano (hər ikisi Fransa)

    Hakim-inspektor: Devid Elleray (İngiltərə)

    UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya)

    Tuluza şəhər stadionu

    D qrupu

    20:00. Çexiya - Xorvatiya

    Baş hakim: Mark Klattenburq

    Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin

    Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

    Dürdüncü hakim: Tasos Sidiropulos

    Ehtiyat köməkçi hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

    Hakim-inspektor: Vlado Sayn (Sloveniya)

    UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

    Sent-Etyen. "Joffrua Gişar" stadionu

    23:00. İspaniya - Türkiyə

    Baş hakim: Milorad Majiç

    Yan xətt hakimləri: Milovan Ristoç, Dalibor Curceviç

    Əlavə köməkçi hakim: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)

    Dördüncü hakim: Aleksey Kulbakov

    Ehtiyat köməkçi-hakim: Vitali Malyutsindir (hər ikisi belaruslu)

    Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

    UEFA nümayəndəsi: Byorn Vassallo (Malta)

    Nitsa. Nitsa şəhər stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi