Bakı. 11 noyabr. REPORT.AZ/ Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı – 2018-ə vəsiqə qazanıb.
“Report” xəbər verir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.
Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.
Mərakeş yığması isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
DÇ-2018 - Afrika. A Qrupu. 6-cı tur
Tunis – Liviya - 0:0
DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur
Fildişi Sahili – Mərakeş - 0:2
0:1 – Dirar – 25, 0:2 – Benatia – 30
Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.