Şimali Koreya baş nazirinin müavini dünya çempionatının bağlanış mərasiminə qatılacaq

Şimali Koreya baş nazirinin müavini dünya çempionatının bağlanış mərasiminə qatılacaq Bakı. 12 iyul. REPORT.AZ/ Şimali Koreya baş nazirinin müavini, Koreya Futbol Assosiasiyasının sədri Li Ryon Nam iyulun 15-də fubol üzrə dünya çempinonatının bağlanış mərasimində iştirak etmək üçün Rusiyaya səfər edəcək.
Futbol
12 İyul , 2018 10:51
Şimali Koreya baş nazirinin müavini dünya çempionatının bağlanış mərasiminə qatılacaq

Bakı. 12 iyul. REPORT.AZ/ Şimali Koreya baş nazirinin müavini, Koreya Futbol Assosiasiyasının sədri Li Ryon Nam iyulun 15-də fubol üzrə dünya çempinonatının bağlanış mərasimində iştirak etmək üçün Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Şimali Koreyanın Rusiyadakı səfirliyi yayıb.

Bildirilib ki, onu mərasimə FİFA rəhbərliyi dəvət edib. Çempionatın açılış mərasiminə Şimali Koreyanı ölkənin Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nam qatılıb.

Qeyd edək ki, iyulun 15-də Moskvada Lujniki stadionunda dünya çempionatının final oyunu olacaq. Finalda Fransa-Xorvatiya milliləri qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi