Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycana qələbə üçün gəlmişik"

Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycana qələbə üçün gəlmişik" "Buna nail olacağımıza inanıram"
Futbol
9 İyun , 2017 18:25
Şimali İrlandiya yığmasının kapitanı: Azərbaycana qələbə üçün gəlmişik
Report.az

Bakı. 9 iyun. REPORT.AZ/ "Türkiyədə hava şəraiti Azərbaycana uyğun idi. Ona görə də orada hazırlıq keçdik. Düşünürəm ki, hər şey yaxşı oldu". 

"Reprort"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının futbolçusu Stiven Devis 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib. Kapitan bildirib ki, Bakıya qələbə üçün gəliblər: "Komandanın 6 üzvü bəzi səbəblərdən iştirak edə bilmir. Lakin yeni oyunçularımız var. Növbəti 3 xalı qazanacağımıza ümid edirəm. Sonuncu dəfə Azərbaycanda olanda qrupdakı vəziyyətimiz fərqli idi. Hazırkı seçmə mərhələdə isə qrupdan çıxmaq şansımız var. Buna nail olacağımıza inanıram. Oyunçularımızın hazırlıq səviyyəsi yaxşıdır. Hazırda 2-ci pillədə qərarlaşmışıq və bura qələbə üçün gəlmişik".

Son xəbərlər

Orphus sistemi