Şimali İrlandiya yığmasına İngiltərənin səviyyəcə 4-cü liqasından futbolçu çağırılıb - SİYAHI

Şimali İrlandiya yığmasına İngiltərənin səviyyəcə 4-cü liqasından futbolçu çağırılıb - SİYAHI Şey Makkartan təlim-məşq toplanışında olacaq
Futbol
15 May , 2017 10:35
Şimali İrlandiya yığmasına İngiltərənin səviyyəcə 4-cü liqasından futbolçu çağırılıb - SİYAHI

Bakı. 15 may. REPORT.AZ/ İngiltərənin səviyyəcə 4-cü sayılan "League Two" çempionatında çıxış edən "Akkrinqton Stenli" klubunun futbolçusu Şey Makkartan Şimali İrlandiya yığmasının Azərbaycan millisi ilə iyunun 10-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı öncəsi təlim-məşq toplanışına çağırılıb.

"Report"un məlumatına görə, britaniyalıların baş məşqçisi Maykl ONil əvvəllər ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş 23 yaşlı hücumçunu bu dəfə əsas yığmada sınamağı qərara alıb. Makkartan isə hazırlıq prosesi zamanı İngiltərə Premyer Liqasında çıxış edən oyunçular arasında olacağını və yığmanın məşqçilər heyətində xoş təəssürat yaratmaq üçün səylə çalışacağını bildirib.

Ümumilikdə toplanışa 18 futbolçu dəvət alıb: 

Qapıçılar: Roy Kerroll ("Linfild"), Maykl Makqovern ("Norviç", İngiltərə), Konor Hazard ("Seltik");

Müdafiəçilər: Konor Mitçell ("Börnli", İngiltərə),  Konor Maklaflin ("Flitvud Taun", İngiltərə), Oliver Norvud ("Brayton", İngiltərə), Metti Land ("Roçdeyl", İngiltərə), , Tom Flanaqan ("Berton Albion", İngiltərə), Rayan Maklaflin ("Oldhem Atletik", İngiltərə), Daniel Lafferti ("Şeffild Yunayted", İngiltərə)

Yarımmüdafiəçilər: Stüart Dallas ("Lids", İngiltərə), Ceymi Uord ("Nottingem Forest", İngiltərə), Kollum Kamps ("Roçdeyl", İngiltərə), Adam Tompson ("Sauzend Yunayted", İngiltərə), 

Hücumçular: Kayl Lafferti ("Norviç Siti, İngiltərə), Coş Magennis ("Çarlton", İngiltərə), Lük Makkallox ("Donkaster Rovers", İngiltərə), Şey Makkartan ("Akkrinqton Stenli", İngiltərə)

Siyahıda klublarında oyunları qalan futbolçular yer almayıb. Onlar mayın 29-dan yığmaya qoşulacaqlar.  

Qeyd edək ki, Şimali İrlandiya millisi 22 - 25 mayda İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olduqdan sonra iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla oyun isə mayın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.  

Son xəbərlər

Orphus sistemi